Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın dövlət katibi Əfqanıstana səfər edib

17:15 - 23 Oktyabr 2017 tarixində dərc olunub.

ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib. Bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib. R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.
Məlumata görə, görüş zamanı Əfqanıstanda təhlükəsizlik məsələləri və bununla bağlı ikitərəfli əməkdaşlıq müzakirə olunub.trend

Müəllif: