<font color=red><b>"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı</b></font>
21:53 - 18 Oktyabr 2017 tarixində dərc olunub.
Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib - 0:0. Bununla da "Qarabağ" ilk dəfə ÇL-in qrupunda xal qazanıb.
18 oktyabr
Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur
"Qarabağ" - "Atletiko" - 0:0
Qırmızı vərəqə: Ndlovu, 75qol.az