Ucnoqta.az
www.ucnoqta.az

<b>AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb</b>

10:13 - 17 Oktyabr 2017 tarixində dərc olunub.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyununa təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov oktyabrın 18-də Rusiyanın paytaxtı Moskvada MOİK-lə İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Müəllif: