Ucnoqta.az
www.ucnoqta.az

GUAM XİN başçıları Tbilisidə görüşüb

12:40 - 8 Oktyabr 2017 tarixində dərc olunub.
Tbilisidə GUAM-a üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş görüşdə təşkilat daxilində əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və s. məsələlər müzakirə olunur. Görüş KİV üçün qapalı keçirilir.
Müəllif: