Ucnoqta.az
www.ucnoqta.az

İŞİD-in Bağdada hücumunun qarşısı alınıb

14:21 - 27 Sentyabr 2017 tarixində dərc olunub.

İraq ordusu Bağdad yaxınlığında İŞİD silahlılarının hücumunun qarşısını alıb. Bir qrup silahlı şəxs paytaxt yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqələrinə eyni zamanda hücumlar edib.
Məntəqələr yaxınlığında partlayıcı ilə yüklənmiş avtomobillər partladılıb. İraq ordusu bu hücumların qarşısını alaraq 10-dan çox silahlının zərərsizləşdirildiyini bildirib.

Müəllif: