Ucnoqta.az
www.ucnoqta.az

Evdən 7 min manatlıq qızıl oğurlayan şəxs tutulub

12:12 - 20 Sentyabr 2017 tarixində dərc olunub.

Bakıda evdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evlərdən birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Süleymanov tutulub.
Araşdırma aparılır.

Müəllif: