Ucnoqta.az
www.ucnoqta.az

Londonda terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

18:26 - 15 Sentyabr 2017 tarixində dərc olunub.

İlkin məlumatlara görə, Londonda baş vermiş terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi yerli hüquq-mühafizə orqanları və hökumət nümayəndələri ilə daim əlaqədədir.
H.Hacıyev vurğulayıb ki, hər hansı bir məlumat olacağı təqdirdə nazirlik onu təqdim edəcək.

Müəllif: