Ucnoqta.az
www.ucnoqta.az

London metrosunda partlayış: <font color=red><b>xəsarət alanlar var</b></font>

12:47 - 15 Sentyabr 2017 tarixində dərc olunub.

Londonda metroda partlayış baş verib.APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
“Sun” qəzetinin yazdığına görə isə partlayış qatarlardan birində baş verib. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir.
Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. “Biz metronun "Parsons Green” stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər”, - deyə, polisdən bildirilib.

Müəllif: