Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə mikroavtobus ilə “KamAZ” toqquşub: <font color=red><b>1 ölü</b></font>

12:10 - 14 Sentyabr 2017 tarixində dərc olunub.

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes” markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini çıxarıblar.
Əməliyyat saat 04:00-da başa çatıb.

Müəllif: