Ucnoqta.az
www.ucnoqta.az

<b>Çinin şərqində 120 uşaq qidadan zəhərlənib</b>

09:34 - 6 Sentyabr 2017 tarixində dərc olunub.

Çinin Szyansi əyalətində yerləşən 3 bağçadan 120-dək uşaq xəstəxanaya yerləşdirilib. Buna onların qidadan zəhərlənməsi səbəb olub. Nəticədə 36 uşaq hospitala göndərilib, 62-si həkim nəzarəti altında saxlanılıb, 22 isə evə buraxılıb. Bildirilir ki, uşaqlar maşınla bağçadan evlərinə paylanan zaman onlarda qusma və qarınağrısı əlamətləri müşahidə olunub. Hazırda əyalət hökuməti insidentlə bağlı araşdırma aparır. ("Report")

Müəllif: