Ucnoqta.az
www.ucnoqta.az

Putin avqustun 23-də Sarqsyanla görüşəcək

14:08 - 22 Avqust 2017 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Soçidə Ermənistanın dövlət başçısı Serj Sarqsyanla görüşəcək.“Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə ediləcək.
Məlumata görə, tərəflər görüşdə beynəlxalq və regional məsələlərə dair problemləri də müzakirə edəcəklər.

Müəllif: