Dərnəgül yolunda sərnişinlə dolu 93 və 94 saylı avtobus sürücülərin sürət həddini aşması və idarəetməni itirməsi nəticəsində toqquşub. Ucnoqta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, şahidlərin sözlərinə görə avtobuslardan biri toqquşma nəticəsində dayanacağa çırpılıb. Xoşbəxtlikdən dayanacaq çırpılma anında boş olub.