Lerik rayonunda yol qəzası baş verib.
Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun 23-cü km-də qeydə alınıb.
Belə ki, avtomobilin dərəyə aşması nəticəsində bir qadın ağır yaralanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.