Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İran kosmosa adam çıxarmaqdan imtina etdi</b></font>

15:11 - 1 İyun 2017 tarixində dərc olunub.

İran Kosmik Agentliyi kosmosa insan çıxarılması layihəsini ləvğ edib.Bunu jurnalistlərə açıqlamasında agentliyin sədr müavini Məhəmməd Humayun Sədrə söyləyib. O, reallaşdırılmasına həddən artıq pul tələb olunduğu üçün layihədən imtina edildiyini deyib. Qeyd edək ki, İran ilk dəfə 2013-cü ildə bortunda meymun olan kosmik aparatı uğurla kosmosa çıxara bilib. Ölkə kosmosa insanı 2018-ci ildə göndərmək istəyirdi.(axar.az)

Müəllif: