Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edəcək

14:18 - 26 May 2017 tarixində dərc olunub.

ABŞ Dövlət katibinin köməkçisinin energetika diplomatiyası üzrə müavini Robin Danniqan Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
R.Danniqan “Caspian Oil&Gas 2017” beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
“Caspian Oil&Gas 2017” 24-cü beynəxalq sərgi və konfransı Bakıda mayın 31-dən iyunun 3-dək keçiriləcək.

Müəllif: Ucnoqta.az