Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi</b></font>

15:47 - 19 May 2017 tarixində dərc olunub.

İslam Oyunlarında atıcılıq yarışlarında 5 qızıl medal qazanmaqla diqqət mərkəzinə düşən Ruslan Lunyov Azərbaycanı tərk edib. 28 yaşlı snayperimiz Almaniyanın Münhen şəhərinə yollanıb.  Lunyov orada dünya kuboku yarışlarında iştirak edəcək. Yarışlar sabah Bakı vaxtilə 15:00-da başlayacaq. Qeyd edək ki, Lunyov hər qızıl medala görə 150 min manat olmaqla, yarışlardan 750 min qazanıb.(“qafqazinfo”)

Müəllif: Ucnoqta.az