Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Masallıda iki avtomobil toqquşdu:</font> xəsarət alan var<font color=red> - FOTO</font></b>

16:34 - 10 May 2017 tarixində dərc olunub.

Masallıda bir nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Masallı-Boradigah yolunun Bədəlan kəndi ərazisindən keçən hissəsində olub. “Opel” markalı 90 BG 265 dövlət nömrə nişanlı avtomobil VAZ-2106 15 BV 998 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb, avtomobillər isə yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.(APA)

Müəllif: Ucnoqta.az