Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz şəhəri, Nəriman küçəsində yerləşən 74 saylı 5 mərtəbəli yaşayış binasının damını külək uçurub. Hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib, bəzi ərazilərdə ağaclar aşıb.