Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" Azərbaycan futbolunun etalonudur" - <font color=red><b>məşhur ispan qəzeti</b></font>

14:30 - 18 Aprel 2017 tarixində dərc olunub.

İspaniyanın məşhur idman qəzeti olan "AS" dünən "Qarabağ" haqda yazı dərc edib. Yazıda "Qarabağ"ın Topaz Premyer Liqada "İnter"ə 3:0 hesabı ilə qalib gələrək ardıcıl 4-cü dəfə ölkə çempionu olduğu yer alıb. Yazıda Qurban Qurbanovun komandasının son illərdə Azərbaycan futbolunun etalonu olduğu qeyd edilib.
Bundan başqa, Ağdam klubunda futbolçular Dani Kintana, Miçel Maderanın  və məşqçi Ruben Sellesin ispan olduğu vurğulanıb. Yazıda onların karyeraları haqda ətraflı məlumat verilib.qol.az

Müəllif: Ucnoqta.az