Ucnoqta.az
www.ucnoqta.az

Dollar hərracda ucuzlaşdı

13:21 - 13 Aprel 2017 tarixində dərc olunub.

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb.
Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7029 səviyyəsində müəyyən edib.

Müəllif: Ucnoqta.az