Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=green>Hava şəraiti kəskin dəyişəcək, yağış yağacaq</font><font color=red> - XƏBƏRDARLIQ</font></b>

13:10 - 7 Aprel 2017 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.

Müəllif: Ucnoqta.az