Ucnoqta.az
www.ucnoqta.az

Neft bahalaşıb

10:44 - 24 Mart 2017 tarixində dərc olunub.
Dünya birjalarında neftin qiyməti artmaqda davam edir. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,40% artaraq 47,89 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,32% artaraq 50,72 dollar olub.
Müəllif: Ucnoqta.az