Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın "Eurovision” təmsilçisinin klipi təqdim olundu-<font color=red><b> VİDEO</b></font>

12:05 - 12 Mart 2017 tarixində dərc olunub.

Azərbaycanı "Eurovision 2017” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın mahnısı və klipi təqdim edilib. Ucnoqta.az İtv.az-a istinadən xəbər verir ki, "Dihaj” təxəllüsü ilə çıxış edəcək Diana Hacıyevanın "Skeletons” adlı mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək. 

Müəllif: Ucnoqta.az