Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki maşın toqquşdu: </font>xəsarət alanlar var<font color=red> - Gəncədə</font></b>

10:59 - 10 Mart 2017 tarixində dərc olunub.

Gəncədə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində baş verib. Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü, Cəmaləddin Qədirovun idarə etdiyi "QAZ -24" markalı avtomobil qarşı tərəfdən gələn, Göygöl rayon sakini, 1997-ci il təvəllüdlü, Elton Namazovun idarə etdiyi "VAZ -2107" ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb və hər 2 avtomobilə ziyan dəyib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən "Report"a bildiriblər ki, ilkin ehtimala görə, hadisəyə "VAZ -2107" markalı avtomobilin yüksək sürətlə hərəkətdə ikən idarəetməni itirməsi səbəb olub. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Müəllif: Ucnoqta.az