Ucnoqta.az
www.ucnoqta.az

<b>Maltanın ən turistik yerlərindən biri uçub</b>

11:00 - 9 Mart 2017 tarixində dərc olunub.

Maltada turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biri uçub. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, Qoso adasında yerləşən və təbiət abidəsi statusu alan Azur tağı (Dveyr pəncərəsi) qasırğa nəticəsində uçub. Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən tağ "Qraf Monte Kristo", "Titanların savaşı" ,"Taxt- tac oyunları" kimi məşhur filmlərdə yer alıb.

Müəllif: Ucnoqta.az