Ucnoqta.az
www.ucnoqta.az

Bahar Muradova: <font color=red><b>"Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik"</b></font>

14:42 - 24 Fevral 2017 tarixində dərc olunub.

"Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik". Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə çıxışı zamanı deyib. B.Muradova qeyd edib ki, Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu:
"Xocalı soyqırımı və ermənilərin digər cinayətləri haqqında həm ölkə daxilində, həm də ölkə xaricində təbliğat işləri aparırıq. Əks halda, ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımazdı. Biz öz torpaqlarımıza qayıtdıqdan sonra da bu təbliğat işlərini davam etdirəcəyik, ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik”.

Müəllif: Ucnoqta.az