Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə dönərxanada partlayış olub

12:44 - 15 Fevral 2017 tarixində dərc olunub.

Gəncədə dönərxanada partlayış olub. APA-nın veridyi məlumata görə, hadisə Gəncə şəhəri, Nizami prospektində yerləşən dönərxanada qeydə alınıb.
Məişətdə istifadə olunan qaz balonunun partlaması nəticəsində 36 kv/m sahəsi olan dönərxananın 6 kv/m ərazisi yanıb. Hadisə yerində cəlb edilən Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri yanğının qarşısını alıb və yanğın söndürülüb.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Müəllif: Ucnoqta.az