Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Qubada 11 kənd işıqsız qalıb</b></font>

10:54 - 14 Fevral 2017 tarixində dərc olunub.

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba rayonunun bəzi dağ kəndlərinə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. "Report"un Şimal bürosunun məlumatına görə, elektrik enerjisi rayonun, əsasən Rustov-Qonaqkənd istiqamətində yerləşən Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qam-qam, Töhmər və Hacağalar kəndlərinə fasilələrlə verilməyə başlayıb. Quba Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov bildirib ki, hazırda təmir briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür: "Havaların qarlı, şaxtalı və küləkli keçməsilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb. Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər".

Müəllif: Ucnoqta.az