Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtobus uçuruma yuvarlandı:<font color=red> 2 ölü, 9 yaralı</font></b>

11:31 - 13 Fevral 2017 tarixində dərc olunub.

Türkiyədə ağır yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Antalyada qeydə alınıb. Belə ki, bank işçilərini daşıyan avtobus Doyran məhəlləsi yaxınlığında uçuruma yuvarlanıb. Hadisə nəticəsində 2 nəfər qəza yerindəcə dünyasını dəyişib. Daha 9 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbləri ilə bağlı məlumat verilmir.

Müəllif: Ucnoqta.az