Ucnoqta.az
www.ucnoqta.az

Fransadakı AES-də partlayış baş verib

14:49 - 9 Fevral 2017 tarixində dərc olunub.

Fransanın şimal-qərbindəki Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib. APA-nın xəbərinə görə, Fransa mənbələri partlayış nəticəsində radioaktiv sızıntı təhlükəsinin olmadığını bildiriblər. Partlayışdan sonra yanğın başlayıb, lakin atom reaktorları olan sahəyə yayılmayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər göndərilib.

Müəllif: Ucnoqta.az