Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Prezident aeroportun anqarında seçildi</b></font>

11:33 - 9 Fevral 2017 tarixində dərc olunub.

Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, prezidenti ölkə parlamentinin üzvləri seçiblər. Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub. Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb. Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.

Müəllif: Ucnoqta.az