Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Dövlət Komissiyası: </font>"Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür"</b>

14:33 - 2 Fevral 2017 tarixində dərc olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Bu barədə Dövlət Komissiyasından bildirilib.

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə, Komissiyanın məlumatında bildirilib.

Müəllif: Ucnoqta.az