Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b><b>Bakı polisində rəis müavinlərindən biri təqaüdə göndərilib</b></b></font>

12:38 - 30 Yanvar 2017 tarixində dərc olunub.

Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Heydər Heydərli təqaüdə göndərilib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Onun yerinə hələ ki, təyinat olmayıb. Xatırladaq ki, Heydər Heydərli bundan əvvəl Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Müəllif: Ucnoqta.az