Ucnoqta.az
www.ucnoqta.az

<b>Hava limanını su basdı</b>

12:41 - 11 Yanvar 2017 tarixində dərc olunub.

Tailandın cənubundakı Nakhon Sithammarat əyalətində hava limanı ötən həftənin sonundan bəri bağlı qalır. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, ötən həftədən bəri davam edən şiddətli yağıntılar aeroportun uçuş-eniş zolağının su altında qalmasına səbəb olub. Tailandın hava limanları administrasiyası bu aeroportun yanvarın 13-də işini bərpa edə biləcəyini bildirib.

Kəskin hava şəraiti ilə əlaqədar bu hava limanına gəlməli olan təyyarələr Tailandın cənubundakı digər hava limanlarına yönləndirilir. 

Müəllif: Ucnoqta.az