Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Binəqədi və Sumqayıtın qaz təchizatında məhdudiyyətlər olacaq</b></font>

10:50 - 11 Yanvar 2017 tarixində dərc olunub.

Binəqədi və Sumqayıtın qaz təchizatında məhdudiyyətlər olacaq. Ucnoqta.az Azəriqaz-ın rəsmi saytına istinadən xəbər verir ki, diametri 530 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar 11 yanvar 2017-cı il tarixdə saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin, 7-ci və 8-ci mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Müəllif: Ucnoqta.az