Ucnoqta.az
www.ucnoqta.az

<b>Mikroavtobus yandı <font color=red>- Şəkidə</font></b>

14:28 - 9 Yanvar 2017 tarixində dərc olunub.

Bu gün Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.

Ucnoqta.az-ın Fövqəladə  Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Müəllif: Ucnoqta.az