Ucnoqta.az
www.ucnoqta.az

<b>Təbii yanğınlar Avstraliyanı təşvişə salıb</b>

11:52 - 9 Yanvar 2017 tarixində dərc olunub.

Avstraliyanın Pert şəhəri yaxınlığında güclü təbii yanğınlar əhalini təşvişə salıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırda 150-dən çox yanğınsöndürən alovla mübarizə aparırlar, lakin güclü külək və isti onlara yanğını zərərsizləşdirməyə imkan vermir.

Ştatın hakimiyyəti Apper Svon rayonun təxliyəsini elan edib.

Müəllif: Ucnoqta.az