Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakı-İstanbul aviareysi təxirə salınıb</b></font>

17:25 - 5 Yanvar 2017 tarixində dərc olunub.

Bu gün Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilməli olan aviareys təxirə salınıb. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, aviareys Bakı vaxtı ilə saat 06:10-da "Türk Hava Yolları" şirkəti tərəfindən yerinə yetirilməli idi.

Türkiyənin "Anadolu" agentliyi isə yazır ki, qonşu ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən 6-7 yanvar tarixlərində Sabiha Gökçen hava limanına olan aviareyslərin sayı 20-25% azalacaq.

Müəllif: Ucnoqta.az