Ucnoqta.az
www.ucnoqta.az

<b>Bayram günləri paytaxtda yol qəzaları<font color=red> - 4 ölü, 10 yaralı</font></b>

17:15 - 5 Yanvar 2017 tarixində dərc olunub.

Bayram günlərində Bakı şəhərində 8 yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, dekabrın 31-dən yanvarın 5-dək baş verən yol qəzaları nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb: "2 ölüm hadisəsi piyadanın vurulması, digər iki ölüm hadisəsi isə avtomobilin maneəyə çırpılması nəticəsində baş verib".

Müəllif: Ucnoqta.az