Ucnoqta.az
www.ucnoqta.az

<b>Türkiyədə 62 hərbçi FETÖ ilə əlaqədə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilib</b>

15:32 - 28 Noyabr 2016 tarixində dərc olunub.

İstanbul prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan 62 hərbçinin ömürlük azadlıqdan məhrum edilməsi haqqında iddiamnaməsi qəbul olunub. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, onların 28-i orduda müxtəlif vəzifə tutan zabitdir. Məlumata görə, prokuror onların üç dəfə azadlıqdan ömürlük məhrum olmasını istəyib.

Müəllif: Ucnoqta.az