Ucnoqta.az
www.ucnoqta.az

<b>Beş rayonun müəllimləri üçün diaqnostik qiymətləndirilmə başlayıb</b>

10:46 - 21 Noyabr 2016 tarixində dərc olunub.

Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayıb. “Report”un xəbərinə görə, noyabrın 23-dək davam edəcək qiymətləndirmədə 6000-ə yaxın müəllim iştirak edəcək. Qeyd edək ki, ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə bu ilin dekabr ayının sonunadək davam edəcək.

Müəllif: Ucnoqta.az