Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Problemli kreditlər yeni tarixi rekord həddə çatıb </font><font color=red>- Azərbaycanda</font></b>

11:16 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankdan verilən məlumata görə, bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.

Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.

Müəllif: Ucnoqta.az