Ucnoqta.az
www.ucnoqta.az

<b>5 bal gücündə zəlzələ baş verdi<font color=red> - Rusiyada</font></b>

11:08 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Oxot dənizində, Saxalin sahillərində 5 bal gücündə zəlzələ baş verib. "Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Oxot dənizində, 490 kilometr dərinlikdə yerləşib. Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. 

Dağıntı, tələfat və sunami təhlükəsi yoxdur.

Müəllif: Ucnoqta.az