Ucnoqta.az
www.ucnoqta.az

<b>Qaya parçaları avtomobil yoluna töküldü<font color=red> - Tovuzda </font></b>

17:17 - 4 Noyabr 2016 tarixində dərc olunub.

Tovuzda yağan yağışlar nəticəsində qaya parçaları avtomobil yoluna tökülüb.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Qoşa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Nəticədə nəqliyyatın hərəkətində fasilə yaranıb. Müvafiq qurumların əməkdaşları yolu iri daşlardan təmizləyiblər və hərəkət bərpa olunub.

Müəllif: Ucnoqta.az