Ucnoqta.az
www.ucnoqta.az

<b>İndoneziyada qızıl mədəni çöküb,<font color=red> 11 nəfər yerin altında qalıb</font></b>

10:58 - 25 Oktyabr 2016 tarixində dərc olunub.

İndoneziyanın Cambi əyalətində qızıl mədənlərindən biri çöküb. Bu barədə "Detik.com" yerli polis Munqaran Kartaqunaya istinadən məlumat yayıb. Məlumata görə, hadisə Sumatra adasında, Simpanq-Parit kəndində baş verib. 25 metrlik dərinliyə malik şaxtanın çökməsi nəticəsində 11 nəfər onun altında qalıb. Mədənin qızıl çıxarılması ilə qeyri-leqal məşğul olduğu bildirilir. 

"Bizdə olan məlumata görə, dağıntılar arasında 11 nəfər qalıb" – deyə polis rəsmisi bildirib.

Onun sözlərinə görə, hadisə yerinə xilasetmə briqadası göndərilib. Hələlik şaxtaçılar barədə hər hansı məlumat yoxdur.

Müəllif: Ucnoqta.az