Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada həbs edilən həmyerlimizə yenidən <font color=red><b>HÖKM OXUNDU</b></font>

11:57 - 20 Oktyabr 2016 tarixində dərc olunub.

Rusiyada həbs edilən azərbaycanlı cinayətkarın cəzası tənzimlənib. Rusiyada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarı ilə E.Həsənovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Həsənov 2014-cü ildə Rusiya Federasiyasında saxlanılıb. Ona Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə külli miqdarda pul tələb etmə maddəsi ilə ittiham olunub. O, Rusiyada 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov daha sonra Azərbaycana təhvil verilib.

Müəllif: Ucnoqta.az