Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Səhiyyə Nazirliyi: </font>"Krandan daş düşməsi nəticəsində yaralananların vəziyyəti ağırdır"</b>

15:58 - 11 Oktyabr 2016 tarixində dərc olunub.

Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti ağırdır.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova trend-ə bildirib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Qadına hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb. Qalan 4 nəfər (2 qadın, 2 kişi) təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Yardım Mərkəzinə gətirilib.
Hazırda xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ucnoqta.az