Ucnoqta.az
www.ucnoqta.az

<b>Nəqliyyat vasitələrindən külli miqdarda siqaret müsadirə edilib<font color=red> - 85.400 ədəd</font></b>

13:25 - 7 Oktyabr 2016 tarixində dərc olunub.

Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “VAZ-21013” markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

Əməliyyat tədbiri nəticəsində “VAZ-21013” markalı minik avtomobili Masallı  şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az