Ucnoqta.az
www.ucnoqta.az

<b>5 il əvvəl itkin düşən şəxsin avtoqəzada öldüyü müəyyənləşib<font color=red> - Bakıda</font></b>

13:22 - 7 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda 5 il əvvəl yol-nəqliyyat hadisəsində ölmüş şəxsin itkin düşmüş şəxs olduğu müəyyənləşib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 2011-ci il aprelin 26-da Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin həmin il mayın 11-dən itkin düşmüş kimi axtarılan 61 yaşlı Məhərrəm Hüseynovdur.

Müəllif: Ucnoqta.az