Ucnoqta.az
www.ucnoqta.az

<b>Körpüdə Putinin böyük portreti asılıb</b>

11:59 - 7 Oktyabr 2016 tarixində dərc olunub.

Nyu-Yorkda Rusiya prezidenti Vladimir Putinin böyük portreti peyda olub. Avtosfer.az rentv-yə istinadən verdiyi məlumata görə, üzərində “Sülhməramlı” sözü yazılmış portret səhər saatlarında Manhetten körpüsündə görüntülənib. Şahidlərin sözlərinə görə, iki nəfər körpüdə müəyyən iş gördükdən sonra 10x5 həcmli portret İst-River üzərində dalğalanmağa başlayıb. Bir müddət sonra polis əməkdaşları portreti oradan götürüblər. Lakin hələlik portretin müəlliflərinin kimliyi müəyyənləşdirilməyib.

Müəllif: Ucnoqta.az